Odlar yurdunu kəşf et

Azərbaycan – Xəzər dənizinin cənub-qərb sahillərində Qafqazın şərqində yerləşən dövlətdir.

Ərazi

86,6 min km²

Əhali

2016-cı ildə 9,511,100 nəfər

Paytaxt

Bakı şəhəri – Xəzər dənizinin ən böyük limanı və Qafqazın ən iri şəhəri hesab olunur. Şəhər Abşeron yarımadasının cənub sahilində yerləşir. Bu şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Qafqazın iri şəhərlərindən biridir. Əhalisinin sayı 2014-cü ilin statistikasına görə 2 150 800 nəfər təşkil edir.

Siyasi sistem

Azərbaycan – demokratik respublikadır. Dövlətin başında Prezident durur. 2003-cü ilin oktyabr ayından bu günə kimi Azərbaycanın Prezidenti İlham Əliyevdir. Ali qanunverici orqan parlamentdir. Azərbaycan 1991-ci ildə Sovetlər Birliyindən çıxıb müstəqillik əldə etmişdir.

Rəsmi Dil

Azərbaycan dilidir (türk dili ailəsinə aiddir). Respublikanın paytaxtında və digər regional mərkəzlərində rus və ingilis dillərindən geniş istifadə edilir.

Din

Hazırki Konstitusiyaya görə, Azərbaycan dünyəvi dövlətdir – din dövlətdən ayrıdır və ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Əhalisinin böyük hissəsi islam dininə qulluq edir.

Çoxmillətli ölkə kimi Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da var.

Saat qurşağı

UKV (Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir) +4, Yay Vaxtı: UKV+ 5 saat

İqlim

Köppen iqlim təsnifatına görə, Azərbaycanda 11 iqlim qurşağından 9-u müşahidə olunur.

İyul ayında yüksək ərazilərdə orta temperatur +5 °C dərəcədən +25 - +27-yə qədər, ən yüksək halda + 32 - +35 dərəcə, yanvar ayında isə -10 ° və - 4 °C təşkil edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı düzənliklərdə 150-200 mm, Qafqazın dağətəyi və dağlıq ərazilərində isə 1200-1700 mm qədər düşür. Ölkəni gəzmək üçün ən yaxşı vaxt aprel ayından oktyabr ayına qədər olan müddətdir. O da qeyd olunmalıdır ki, yayın ikinci yarısında havanın temperaturu +38 - +40°C yüksələ bilər. İyun – sentyabr ayının birinci yarısında dənizdə suyun orta temperaturu +24- +26°C. təşkil edir.

Voltaj

220/240 Volt , 50 Гц.

Telefon rabitəsi

Bütün ölkəni əhatə edir. Azərbaycanın Beynəlxalq telefon kodu +994 -dür. Şəhərlərarası və beynəlxalq zənglər ölkənin hər bir nöqtəsindən yığıla bilir. Mobil rabitə operatorları hətta ucqar regionlarında belə öz müştərilərini qüsursuz, keyfiyyətli əlaqə ilə təmin edir.

Mobil əlaqə

Standart GSM 900. Demək olar ki bütün ölkəni əhatə edir. İri mobil operatorları: Azercell Telekom, Bakcell, Nar Mobile.

İnternet

Bakıda və ölkənin digər şəhərlərində geniş yayılıb. İnternet domeni: .az

Faks

Ölkənin bütün poçt şöbələrində və eləcə də mehmanxanalarda mövcuddur.

Poçt

Azərbaycanda Mərkəzi Poçt və bir çox şəxsi kuryer poçt xidmətləri mövcuddur. Məktubların, paketlərin və bağlamaların göndərilməsi və çatdırılmasını sürətləndirmək üçün kuryer poçt xidmətlərindən istifadə etmək tövsiyə olunur. Ölkədə həmçinin beynəlxalq kuryer xidmətləri də mövcuddur.

Valyuta

Azərbaycan manatı (AZN). 1 manat= 100 qəpik. Dövriyyədə 1, 5, 10, 20, 50 və 100 manat nominallı əsginaslar və 1, 3, 5, 10, 20 və 50 qəpiklik metal sikkələr var.

Beynəlxalq valyuta - ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu bütün banklarda manata dəyişdirilir. Bundan başqa, valyuta mübadiləsini hər yerdə mövcud olan rəsmi valyuta mübadiləsi mərkəzlərində də aparmaq mümkündür.

Valyuta mübadiləsi banklarda və mübadilə mərkəzlərində cüzi fərqlənir. Bəzi mağazalarda şəxsi mübadilə bölməsi var. Bakıda banklar səhər 09:00-09:30-dan 17:30-dək (bəzi banklar axşam saatlarına qədər işləyir, çox sayda mübadilə mərkəzləri isə fasiləsiz çalışır), regionlarda bankların iş qrafiki 09:30-dən 17:00-17:30-dir.

Kredit kartları və debet kartları

Əsasən paytaxtın iri supermarketlərində, mağazalarda və əksər otel və banklarda qəbul olunur. Kredit kartları regionlarda ancaq otel və banklarda istifadə olunur.

Mağaza və restoranlar

Bakının mərkəzində mağazalar səhər 09:00-dan gecəyə kimi, regionlarda bir qayda olaraq 19:00-dək açıq olur. Çox restoranlarda menyuda çaypulu qeyd edilməyibsə, onda ödənişin 5-10%-ni, hətta bəzən 10%-də təşkil edir.

*Krandan su içmək tövsiyə olunmur, şüşədə olan sular məsləhət görülür

Gömrük qaydaları

Azərbaycan səyahətçilər üçün əlverişli viza sisteminə malik bir dövlətdir. Turistlər üçün 30 günədək qalma müddəti, iş adamları üçün isə müxtəlif qüvvədəolma müddətlərinə malik turizm vizaları verilir.

Əgər Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta qiymətlilərinin məbləği 10 000 (on min) ABŞ dollarınadək olan ekvivalenti təşkil edirsə, onların gətirilməsi gömrük orqanları tərəfindən “Sərnişinin Gömrük Bəyannaməsi” qaydaları, 10 000 (on min) ABŞ dollarından yuxarı olan ekvivalentlər üçün isə “Sərnişinin Gömrük Bəyannaməsi” və “Gömrük vəsiqəsi” əsasında həyata keçirilir.

Əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş valyuta qiymətlilərindən 50 000 (əlli min) ABŞ dollarınadək olan ekvivalent məbləği nağd şəkildə, gömrük orqanlarına məcburi bəyannamə təqdim etməklə çıxarmaq olar.

Nərə balığı, qızılbalıq və ağbalıq kürüsü fiziki şəxslər tərəfindən hər sərnişin üçün 150 qrama qədər çıxarmağa icazə verilir.

Bədii, tarixi, elmi əhəmiyyətli əşyalar və digər qiymətli mədəniyyət əşyaları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş icazə olduğu təqdirdə müəyyən olunmuş komission dəyərin 100 % həcmində gömrük rüsumu ödəndikdən sonra Azərbaycan Respublikasından çıxarıla bilər.

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilən hər bir özühərəkətedən motorlu nəqliyyat vasitəsinin hər biri üçün, zavodun buraxılış tutumuna əlavə olaraq 20 litr yanacaq çıxarmağa icazə verilir.

Azərbaycan Respublikasına gələn hər bir fiziki şəxs 5 litrə qədər spirt və spirtli içki, 1000 ədəd (50 bağlama) siqaret gətirə bilər.